RU

Paltaryuyanı belə işlədəndə ləkələr tam təmizlənmir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paltaryuyan maşında düzgün rejim seçilmədikdə geyimlər ləkəli çıxır. Bu problemi həll etmək üçün bəzi qaydalara diqqət yetirmək lazımdır.Demokrat.az xəbər verir ki, ilk növbədə suyun temperaturu düzgün nizamlanmalıdır. Yüksək dərəcə bəzi ləkələri parçaya daha çox hopdurur. Qan və şirə kimi ləkələri təmizləmək üçün maşını 30-40 dərəcəyə qoymaq lazımdır. Yağ ləkələri üçün isə daha isti su seçilə bilər.Digər tərəfdən maşının içini tam doldurmaq olmaz. Paltar çox olduqda yuyucu toz suda yaxşı həll olunmur. Nəticədə geyimlərin üzərində ağ ləkələr qalır. Həmçinin parçanın növünə uyğun proqram seçilməlidir.Əlavə yaxalama funksiyası da ləkələrin qarşısını alır. Bu rejim kimyəvi toz qalıqlarını parçadan tamamilə təmizləyir. Beləliklə geyimlər maşından tərtəmiz çıxır.Yəni, paltarların ləkəsiz olması üçün maşını çox doldurmamalı, temperaturu ləkəyə görə seçməli və əlavə yaxalama rejimindən istifadə etməlisiniz.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
demokrat.az

1Источники