Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-dan sonra komandadan ayrılacaq.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis bunu özü açıqlayıb.
Byelsa 2023-cü ildən Uruqvay milli komandasını çalışdırır. Onun komandası mundialın H qrupunda İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı millisi ilə oynayacaq.
Qeyd edək ki, Byelsa məşqçilik karyerası ərzində Argentina millisi, İspaniyanın "Espanyol" və "Atletik", Fransanın "Lill" və "Marsel", İtaliyanın "Latsio", eləcə də İngiltərənin "Lids" klublarında çalışıb.