Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Byelsa Uruqvay millisindən gedir
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-dan sonra komandadan ayrılacaq.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis bunu özü açıqlayıb.
Byelsa 2023-cü ildən Uruqvay yığmasını çalışdırır. Onun komandası mundialın H qrupunda İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı millisi ilə oynayacaq.
Qeyd edək ki, Byelsa məşqçilik karyerası ərzində Argentina millisi, İspaniyanın "Espanyol" və "Atletik", Fransanın "Lill" və "Marsel", İtaliyanın "Latsio", eləcə də İngiltərənin "Lids" klublarında çalışıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.