RU

Pedro Rodriges "Latsio" ilə belə vidalaşdı

İspaniyalı hücumçu Pedro Rodriges cari mövsümün sonunda "Latsio"nu tərk edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Roma təmsilçisinin mətbuat xidməti yayıb.

38 yaşlı futbolçunun açıqlaması da ictimaiyyətə çatdırılıb: "Piza" ilə matç mənim üçün bu futbolka ilə sonuncu olacaq. Hamınızı mənim xatirimə stadionda görəcəyimə ümid edirəm. 

Başa düşürəm ki, il hamı üçün çətin və mürəkkəb alındı. Qərarınıza hörmətlə yanaşıram. Sinəsində bu emblem olan futbolkanı daşımaq mənim üçün şərəf idi. Həmişə sizlərdən biriyəm. İrəli, "Latsio"!"

Rodriges 2021-ci ildən paytaxt komandasının uğurları üçün çalışır. Cari mövsüm A Seriyasında 28 matça çıxan təcrübəli forvard 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya Kubokunda da 4 görüşdə iş başında olub.

Nihat

Избранный
13
fanat.az

1Источники