RU

13 ABŞ qırıcısı UNO-nu İZLƏDİ: Pentaqon məxfi sənədləri AÇIQLADI

ABŞ-də on üç qırıcı təyyarə UNO-ları təqib edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Disclosure Foundation” təşkilatı məlumat yayıb.

ABŞ hərbi dairələri tərəfindən Naməlum Uçan Obyektlərlə (UNO) bağlı yeni məxfi sənədlər toplusu ictimaiyyətə təqdim edilib. 3

00 səhifədən çox olan hesabatlarda hərbçilərin səmadakı qəribə obyektlərlə bağlı çoxsaylı müşahidələri yer alıb.

Hesabatların birində ağ-mavi rəngdə parlayan və aerodinamika qanunlarına zidd olaraq qeyri-adi hərəkətlər edən ulduzabənzər bir obyekt təsvir olunub.

Həmin obyekti ələ keçirmək üçün Pentaqon dərhal 13 döyüş təyyarəsini havaya qaldırsa da, obyekt izini itirməyi bacarıb.

Məxfiliyi ləğv edilən sənədlərdə digər maraqlı hallar da qeyd olunub: yer səthinə yaxın uçan iki sarı işıqlı səssiz hədəf, həmçinin günəşdən də parlaq görünən şüalanan bir sferik obyekt hərbçilərin diqqətini çəkib.

Sənədlər UNO fayllarının ictimailəşməsi üçün mübarizə aparan “Disclosure Foundation” təşkilatı tərəfindən dərc olunub.

Qeyd edək ki, Pentaqon daha əvvəl də sosial şəbəkə istifadəçilərinin “keruvim” adlandırdıqları səkkizguşəli obyektin görüntülərini paylaşmışdı.

Həmin vaxt rəsmi qurumlar qeyd etmişdilər ki, materiallar sadəcə məlumatlandırma məqsədilə dərc olunur və obyektlər tam ekspertizadan keçirilməyib.

Açıqlanan bu sənədlər dünya ictimaiyyətində UNO-larla bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
26
interpress.az

1Источники