RU

WUF13 çərçivəsində “Somali mənzil həlləri kataloqu”nun təqdimatı olub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 22 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Somali mənzil həlləri kataloqu” təqdim olunub.

AZƏRTAC xəbər verir ki, yeni strateji sənəddə şəhərsalma və mənzil sektorunda mövcud vəziyyətin təhlili və gələcək investisiya imkanları öz əksini tapıb.

Tədbirdə İctimai İşlər, Yenidənqurma və Mənzil Nazirliyinin İnzibati və Maliyyə məsələləri üzrə direktoru Ayan Ali Adan, UN-Habitat Afrika Regional Ofisinin Proqram rəhbəri Sophos Sophianos, UN-Habitat Afrika Regional Ofisinin Mənzil üzrə ekspert müşaviri Fatou Kiné Dieye çıxış ediblər.

Çıxışçılarda Somali şəhərlərinin gələcək inkişafı üçün torpaq mülkiyyəti sistemləri, icarə bazarının formalaşdırılması, tikinti zəncirinin gücləndirilməsi və özəl maliyyə resurslarının daha effektiv yönləndirilməsi kimi məsələlər xüsusi vurğulanıb.

Sənədin əsas məqsədinin yalnız mövcud vəziyyəti təsvir etmək deyil, həm də şəhərlərdə daha dayanıqlı və inklüziv yaşayış mühitlərinin yaradılması üçün praktik icra mexanizmləri təqdim etmək olduğu qeyd olunub.

Tədbir sual-cavab formasında davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
azertag.az

1Источники