RU

Ağdam, Xocavənd və Füzulinin neçə faizinin minadan təmizləndiyi məlum olub

"Azərbaycan çox böyük yenidənqurma işləri aparır, bütün ölkələr bunu görür”.

Herbiand.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Azərbaycan nümunəsində dağıdılmış şəhərlərin, kəndlərin canlanmasına şahidlik edilir:

“Ağdam və Füzuli sanki silinmişdi. Bizim əsas çətinliyimiz minalar idi. Bu iki region tamamilə minalanmışdı. Bu ərazilərin minadan təmzlənməsi bizim üçün çox vacib idi. Ağdamın 60%-i, Xocavənd rayonunda 15,9%-1, Füzuli rayonunun 77, 28%-i minalardan artıq təmizlənib. Ağdamda 37385, Füzulidə 51640, Xocavənddə 26281 mina və partlamamış hərbi sursat aşkar edilib".

Избранный
8
6
herbiand.az

7Источники