RU

WUF13-də münaqişədən sonrakı ərazilərdə mənzil təminatı müzakirə olunub - FOTO

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində “Münaqişədən sonrakı ərazilərdə mənzil təminatı və davamlı icmalar” mövzusunda tədbir təşkil olunub.

APA xəbər verir ki, panel müzakirələrində postmünaqişə dövründə ərazilərin bərpası, dayanıqlı və inklüziv yaşayış mühitinin yaradılması, sosial inteqrasiya və icmaların inkişafı istiqamətində görülən işlər müzakirə olunub.

Çıxış edənlər beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və sosial həmrəyliyin postmünaqişə ərazilərində davamlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbir iştirakçıları bu kimi platformaların təcrübə mübadiləsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini qeyd ediblər.

Milli Məclisin deputatı Rizvan Nəbiyev münaqişədən sonrakı ərazilərdə qadınların rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dayanıqlı şəhər inkişafı yalnız infrastrukturun bərpası ilə deyil, qadınların qərarvermə, şəhər idarəçiliyi və yenidənqurma proseslərində fəal iştirakı ilə mümkündür.

Deputat Vüqar Bayramov diqqətə çatdırıb ki, şəhərsalma yalnız texniki və infrastruktur məsələsi deyil, həm də gender bərabərliyi və inklüzivliyi nəzərə alan strateji yanaşmadır: “Qadın sahibkarlığının dəstəklənməsi və inklüziv inkişaf şəhərsalma siyasətinin əsas prioritetləri sırasındadır”.

Meksika səfiri Mariya Viktoriya Romero Kabalyero bildirib ki, burada çoxlu gənclər, sahibkarlar, müxtəlif sahələrdə fəaliyyət göstərən gənc qadınlarla tanış olmaq şansı olub: “Bizim Azərbaycana bənzər, ehtiyacları oxşar olan icmalarımız var. Hamımız bir-birimizdən öyrənə bilərik və bu həftə mənim də öyrəndiyim əsas məsələlərdən biri budur”.

Tədbir panel sessiyası ilə davam edib.

Panel sessiyasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə direktor Aysel Süleymanova çıxış edib və müzakirədə öz fikirlərini bölüşüblər.

WUF13-də
Избранный
24
1
apa.az

2Источники