RU

Alberta sakinləri Kanadadan ayrılmaq üçün səs verəcəklər

Kanadanın Alberta əyalətinin baş naziri Daniyel Smit bildirib ki, 19 oktyabrda regionun Kanadadan ayrılması məsələsi üzrə referendum keçiriləcək...

Poliqon xəbət verir ki, bu barədə o, video müraciətində deyib.

"19 oktyabrda keçiriləcək referendumla bağlı səsverməyə əlavə bir sual daxil edilməsini hökumətimizdən xahiş edəcəyəm", deyə Smit bildirib.

Onun sözlərinə görə, sakinlərdən Alberta əyalətinin Kanadanın tərkibində qalmalı olub-olmadığı və ya ayrılma ilə bağlı hüquqi prosedurun başlanmasına dəstək verib-vermədikləri soruşulacaq.

Smit qeyd edib ki, referendumdakı bu sual birbaşa ayrılma prosesini başlamır, yalnız əyalət hökumətinə belə bir hüquqi proseduru işə salmaq imkanı verir.

8 may tarixində Alberta əhalisi referendum təşəbbüsü üçün tələb olunan imza sayını toplayıb. “Stay Free Alberta” təşkilatı təxminən 302 min imzanın seçki komissiyasına təqdim edildiyini bildirib, halbuki minimum tələb 178 min idi.

Lakin məhkəmə imzaların yoxlanılması prosesini müvəqqəti dayandırıb. Səbəb kimi yerli yerli xalqların (aborigenlərin) referendumun qanuniliyini məhkəmədə mübahisələndirməsi göstərilib.

2025-ci ilin dekabrında CBC News Alberta əyalətində ayrılma petisiyasının təsdiqləndiyini və təşəbbüsçülərin referendum üçün təxminən 180 min imza toplamalı olduqlarını bildirmişdi. Eyni zamanda qeyd olunub ki, təşəbbüsçülər keçmiş baş nazir Tomas Lukaşukun tənqidi ilə üzləşib və o, onları separatçı adlandırıb.

Poliqon.info

Избранный
6
poliqon.info

1Источники