RU

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ - FOTO

Hadisə paytaxtdakı idman zallarından birində baş verib.

Titul.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. 

Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər, o, ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri olan 41 yaşlı Fuad Mirzəyev iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
19
8
titul.az

10Источники