Doğru.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtdakı idman zallarından birində baş verib.
Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər o, ürəktutmasından dünyasını dəyişib.
1986-cı il təvəllüdlü F.Mirzəyev iqtisad üzrə fəlsəfə doktoru, Milli Aviasiya Akademiyasının dosenti idi.
Allah rəhmət eləsin!
