Tədbirdə çıxış edənlər tərəfindən iştirakçılara rəqəmsal savadlılığın müasir dövrdə əhəmiyyəti, internet resurslarından düzgün və təhlükəsiz istifadə qaydaları, şəxsi məlumatların qorunması, kibercinayətkarlığın yaratdığı təhlükələr və onlardan müdafiə üsulları barədə ətraflı məlumat verilmişdir.
Bildirilib ki, sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların paylaşılmasına həssas yanaşmaq, naməlum keçidlərə daxil olmamaq, güclü və etibarlı şifrələrdən istifadə etmək, həmçinin müxtəlif elektron təhlükələrə qarşı daim diqqətli olmaq vacibdir.
Görüş zamanı məsuliyyətli onlayn davranış qaydaları da iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, internet mühitində etik davranış prinsiplərinə riayət etmək, digər istifadəçilərə hörmətlə yanaşmaq, saxta məlumatların yayılmasının qarşısını almaq və rəqəmsal platformalarda qanunvericiliyin tələblərinə əməl etmək hər bir vətəndaşın əsas məsuliyyətlərindən biridir.
Tədbir çərçivəsində müəllim və şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, gündəlik həyatda rast gəlinən kibertəhlükələr barədə praktiki tövsiyələr verilmişdir.
Sonda vurğulanmışdır ki, rəqəmsal dünyada təhlükəsiz və məsuliyyətli davranış cəmiyyətin informasiya təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin mütəmadi təşkili böyük əhəmiyyət kəsb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31