RU

Beşiktaş ın ulduzları sarışın gözəllərlə yeyib içdilər 18 minlik hesabı ödəməyib QAÇDILAR FOTOlar

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Beşiktaş" komandasının basketbolçuları Cona Metyuz və Devon Dotson Bodrum tətili ilə bağlı ortaya atılan iddialarla gündəmə gəlib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iddialara görə, amerikalı oyunçular sevgililəri Heyli Kollimor və Elli Perri ilə birlikdə Bodrumda istirahət edərkən lüks yaxtada vaxt keçiriblər. Bildirilir ki, basketbolçular əvvəlcə bahalı hotellərdən birində qalıb, daha sonra isə kirayələdikləri yaxta ilə Bodrum sahillərini gəziblər.

Məlumata əsasən, onlar fəaliyyət göstərən marketdən yaxtaya xüsusi sifariş veriblər. Sifarişə bahalı içkilər və müxtəlif qəlyanaltıların daxil olduğu qeyd olunub.

İddia edilir ki, ümumi hesab təxminən 18 min türk lirəsi təşkil edib. Market əməkdaşları sifarişi yaxtaya çatdırsa da, basketbolçuların ödənişi daha sonra edəcəklərini bildirərək ərazidən ayrıldıqları deyilir.

Hadisədən sonra market nümayəndələrinin oyunçularla dəfələrlə əlaqə saxlamağa çalışdığı, lakin cavab ala bilmədikləri iddia olunub.

Yayılan xəbərlər Bodrumda qısa zamanda geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə isə məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
news.milli.az

1Источники