
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 880 hərbçisini itirib.
Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 353 min 860 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 1 tank, 57 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.
Daşqın Həsənov
Missiya.Az