Mayın 22-si səhər tezdən Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları Ana Ermənistan Partiyasının ofisinə basqın ediblər.
"Cebheinfo.az" erməni mətbuatına istinadən bildirir ki, partiyanın İdarə Heyətinin üzvü Areqnaz Manukyan "Facebook" səhifəsində canlı yayımda hüquq-mühafizə orqanlarının əməkdaşlarından istintaqa başlamazdan əvvəl bildirişi təqdim etmələrini istəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ondan telefonunu söndürməyi tələb edbilər, bundan sonra yayım kəsilib.
Xəzər
"Cebheinfo.az"