2026-cı ilin aprel ayının sonuna olan məlumatlara görə, Qazaxıstanda 442 min biznes subyekti fəaliyyət göstərir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu, ötən illə müqayisədə 4,3% çoxdur. Lakin hələ də 2022-ci ilin səviyyəsindən aşağıdır. Həmin dövrdə ölkədəki biznes subyektlərinin sayı 487 min olub.
Biznes subyektlərinin əksəriyyəti, yəni 58%-i 10 ildən az müddət əvvəl yaradılıb.
Eyni zamanda, uzun müddət fəaliyyət göstərən müəssisələrin sayı artmaqdadır. 21 yaşdan yuxarı müəssisələr 51,7 minə çatıb. Bu, 14,6% artım deməkdir.
1 ildən az müddətə yaradılan yeni müəssisələrin sayı isə 40,5 min təşkil edir ki. bu da 2023-cü illə müqayisədə azadır.
Süleyman