RU

Hər evdə olan bu ədviyyat beynin dostudur

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Zərdəçalın insan yaddaşı və beyin funksiyalarına müsbət təsiri yenidən diqqət mərkəzinə düşüb. Keçirilən elmi sınaqlar sübut edir ki, bu məhsulun müntəzəm qəbulu sinir hüceyrələrinin fəaliyyətini bərpa edir.Demokrat.az xəbər verir ki, bu barədə məlumat Stem Cell Research and Therapy jurnalında dərc olunan elmi araşdırmada yer alıb. Alman alimlərinin apardığı araşdırmalara görə, bu ədviyyatın tərkibindəki xüsusi maddə beynin özünü yeniləməsinə birbaşa kömək göstərir. Sağlam həyat tərzi üzrə tanınmış həkim Osman Müftüoğlu da güclü yaddaş üçün zərdəçal, zəfəran və cirənin əvəzsiz olduğunu bildirir. Qeyd olunur ki, gün ərzində cəmi bir çay qaşığı zərdəçal qəbul etmək beyin funksiyalarını qorumaq üçün tamamilə yetərlidir.Zərdəçalın tərkibindəki xeyirli elementlər yalnız yağda həll olunduğu üçün onu qatıqla və ya yağlı yeməklərlə birgə yemək daha effektiv sayılır. Eyni zamanda qızıl balıq, yumurta, brokkoli və qoz kimi qidalar da yaddaşı möhkəmləndirir, immun sistemini gücləndirir və bədəndəki iltihab proseslərinin qarşısını alır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
demokrat.az

1Источники