ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri məlumat verib.
"Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini Qrenlandiyalıların özləri müəyyən etməlidir", - diplomat bildirib.
O, Qrenlandiya işçi qrupunun həm Trampın təhlükəsizlik narahatlıqlarını, həm də Qrenlandiya və Danimarkanın fikirlərini nəzərə alan bir həll yolu əldə edəcəyinə inandığını deyib.
O qeyd edib ki, bu həll yolu eyni zamanda Qrenlandiyalılara geniş iqtisadi imkanlar təqdim etməlidir.