“Hakimiyyət kəndləri boşaldaraq 300 min azərbaycanlı üçün yer hazırlayır”.
KONKRET.az-ın globalinfo.az-a istinadən xəbərinə görə, bunu Ermənistanın ikinci prezidenti, baş nazir postuna namizəd Robert Köçəryan deyib.
O bildirib ki, Paşinyan Diaspor və Kənd Təsərrüfatı nazirliklərini ləğv edib. Çünki bu sahədə bütün göstəricilər üzrə geriləmə müşahidə olunur.
“Bəlkə də 300 min azərbaycanlı üçün yer boşaldırlar və milli kimliyi zəiflədərək bizi bununla barışmağa məcbur etmək istəyirlər”, – Köçəryan vurğulayıb.