RU

Premyer Liqa: “Qəbələ” mövsümünü 3 xalla başa vurdu – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu – 33-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyunu Qəbələdə keçirilib. Burada “Qəbələ” və “Şamaxı” komandaları mövsümdəki son oyunlarına çıxıblar. Dörd qolluq görüşdə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, turun qalan görüşləri mayın 22-də, 23-də və 24-də keçiriləcək.

Premyer Liqa
33-cü tur
21 may

“Qəbələ” – “Şamaxı” 3:1
Qollar: Seydina Keyta, 4. Domi Massumu, 33. Nicat Əliyev, 36 – Karim Rossi, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
Qəbələ şəhər stadionu. 18:30.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Şamaxı: 99. Səlim Həşimov, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 66. Salih Məmmədli, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 90. Davud Mənsumov, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
27
2
arena.az

10Источники