RU

UNEP-in bölmə rəhbəri: Binalar və tikinti sektoru qlobal enerji mənşəli karbon emissiyalarının 34 faizini təşkil edir

Bakı, 21 may, AZƏRTAC

Biz binalara ilk növbədə iqlim və ətraf mühit prizmasından baxırıq, çünki UNEP-in bir hissəsiyik.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Prorqamının (UNEP) Şəhərlər Bölməsinin rəhbəri Gülnarə Roll Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Davamlı mənzil siyasətləri vasitəsilə səhiyyə nəticələrinin gücləndirilməsi: Mənzil və səhiyyə üzrə çoxsektorlu dialoq”da çıxışı zamanı deyib.

"Eyni zamanda binalar və tikinti sektoru qlobal enerji mənşəli karbon emissiyalarının 34 və enerji istifadəsinin 32 faizini təşkil edir. Bu sektor emissiyalar baxımından yüksək təsirə malik olduğuna görə, üzvlərimizlə birlikdə sektorun karbon emissiyalarını azaltmaq üçün çalışırıq. Eyni zamanda, düşünürəm ki, burada sizinlə daha sıx əməkdaşlıq etməliyik. Çünki sağlamlıq aspekti çox vacibdir. İnsanlar məhz bu binalarda yaşayırlar və binaların 70 faizi yaşayış məqsədlidir. Məsələn, soyutma və bina proqramlarımız çərçivəsində ekstremal istilərlə işləyirik. Bu artıq bütün BMT agentliklərinin cəlb olunduğu bir sahədir, çünki Baş katibin ekstremal istilərlə bağlı çağırışı olmuşdu və hamımız fəaliyyətlərimizi uyğunlaşdırmışıq".

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli, Mehrac Ağasiyev
Fotoqraf - İlqar Cəfərov
Избранный
55
2
azertag.az

3Источники