RU

Akademik ictimaiyyət tərəfindən irəli sürülən təkliflərin WUF13-ün yekun sənədinə daxil edilməsi nəzərdə tutulur  

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Akademiya və tədqiqat“ üzrə dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademik və tədqiqat institutlarının qlobal mənzil probleminin həllində rolu müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, WUF13 çərçivəsində keçirilən “Akademiya və tədqiqat” üzrə dəyirmi masa Dayanıqlı İnkişaf Məqsədləri (SDG 11) və Yeni Şəhər Gündəliyi çərçivəsində qlobal mənzil böhranının həlli üçün elmi bilik, məlumat bazaları və innovasiyaların səfərbər olunması baxımından mühüm platforma rolunu oynayır.

Bildirilib ki, bu qurumlar şəhərlərdə mənzil əlçatanlığı, mülkiyyət hüquqları və əsas xidmətlərə çıxış kimi məsələlər üzrə elmi əsaslı məlumatlar təqdim etməklə, siyasətlərin formalaşdırılmasına mühüm töhfə verir.

Müzakirələr zamanı qeyd olunub ki, elmi biliklərin praktik həllərə çevrilməsi üçün universitetlər, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu baxımdan innovativ yanaşmalar, təhsil proqramları və tərəfdaşlıq modellərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və Yeni Şəhər Gündəliyi çərçivəsində mənzil siyasətində mövcud bilik və bacarıq boşluqlarının aradan qaldırılması yolları müzakirə edilib. Qeyd olunub ki, akademik ictimaiyyət tərəfindən irəli sürülən təkliflərin WUF13-ün yekun sənədinə daxil edilməsi nəzərdə tutulur.

Избранный
20
azerbaijan-news.az

1Источники