RU

® ABB şahmat çempionatının qalibi olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının keçirdiyi banklararası şahmat çempionatı başa çatıb.

2016-cı ildən bəri artıq 9-cu dəfə keçirilən çempionatda bu il 13 bankdan 50-yə yaxın nümayəndə yarışıb. ABB-ni bu yarışda Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli, Fiziki kanallar və əməliyyat sahəsinin aparıcı proqramçısı Rəsul Əfəndiyev, Korporativ və KOS məhsullar sahəsinin proqramçısı Mehdi Məmmədov təmsil ediblər.

Komanda hesabında ABB bu il də çempionatın qalibi olub, 2-ci və 3-cü yerlərdə, müvafiq olaraq, “Yelo Bank və “Ziraat Bank” qərarlaşıb.

Şəxsi hesabda isə ABB-nin Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı birinci yerə çıxıb. 2-ci yeri ABB-nin Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli qazanıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Избранный
18
6
azertag.az

7Источники