ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Visit Finland" bu payız 16 xarici qonağı tam ödənişli kulinariya səyahətinə dəvət edir. Məqsəd fin mətbəxini dünya qastronomiya xəritəsində yeni ulduza çevirməkdir.Demokrat.az xəbər verir ki, bu barədə "Euronews" yazır.Avropanın bir çox ölkəsi artıq öz mətbəxi ilə turistləri cəlb edir. Lakin fin mətbəxi hələ bu siyahıda o qədər də tanınmır və Finlandiya bunu dəyişmək istəyir.“Visit Finland” milli qastronomiyanı tanıtmaq üçün 16 iştirakçı seçərək ölkənin ən yaxşı yeməklərini dadmağa dəvət edir. Turizm qurumu ümid edir ki, gələcəkdə “fin mətbəxi” İtaliya, Yunanıstan, İspaniya və Fransa kimi məşhur kulinariya brendləri ilə eyni səviyyədə tanınacaq.Sentyabr ayında seçilənlər üçün Finlandiyanın müxtəlif bölgələrinin ən yaxşı dadlarını təqdim edən xüsusi dequstasiya menyuları hazırlanacaq.Bundan əvvəl turizm agentliyi “dünyanın ən xoşbəxt ölkəsi” adlandırılan Finlandiya sakinləri arasında sorğu keçirərək, hansı yeməklərin ölkəni ən yaxşı təmsil etdiyini müəyyənləşdirib. Daha sonra bu menyuların hazırlanmasına ölkənin tanınmış aşpazları cəlb olunub.Layihə çərçivəsində iki tədbir keçiriləcək: hərəsində 8 nəfər iştirakçı olacaq. Biri Sahil və Arxipelaq bölgəsində, digəri isə Laplandiyanın vəhşi təbiətində baş tutacaq.Sahil və Arxipelaq bölgəsində menyunu aşpaz Erik Mansikka hazırlayacaq. Onun Turku şəhərindəki “Kaskis” restoranı 2022-ci ildə Helsinkidən kənarda ilk Michelin ulduzu alan restoran olub. Üç il sonra isə davamlılıq yanaşmasına görə “yaşıl Michelin ulduzu” ilə də təltif edilib.Laplandiyada mətbəxə şef Coel Manninen rəhbərlik edəcək. O, Rovaniemi şəhərində yerləşən “Sky Kitchen and View” restoranının baş aşpazıdır. 2025-ci ildə Finlandiyanın gənc aşpazlar çempionu olub, 2026-cı ildə isə dünya gənc aşpazlar yarışında gümüş medal qazanıb.İştirakçılar iki bölgədən birini seçə biləcək, qaliblər isə bütün xərcləri ödənilən 4 günlük səyahət əldə edəcəklər. Proqram zəngin marşrut, müxtəlif fəaliyyətlər və bol yeməklə yanaşı, xüsusi dequstasiya şam yeməyi ilə yekunlaşacaq.İştirak etmək istəyənlərdən "TikTok" və ya "Instagram"da qısa video paylaşmaq və bir sualı cavablandırmaq tələb olunur: “Why do you want to Have Some Finnish?” Müraciətlər 18 mayda başlayıb və 9 iyuna qədər davam edəcək. Qaliblər 29 iyunda elan olunacaq.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.