RU

Orxan Məmmədov: Azad edilmiş ərazilərdəki işlər innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyi göstərir  

Genişmiqyaslı şəhər transformasiyası layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl zonaların genişləndirilməsi, şəhər infrastrukturunun modernləşdirilməsi və azad edilmiş ərazilərdə dayanıqlılıq prinsiplərinə əsaslanan yenidənqurma işləri ölkəmizin innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma təşəbbüsləri çərçivəsində “ağıllı” texnologiyalar, bərpaolunan enerji mənbələri, müasir infrastruktur və ekoloji memarlıq standartları əsasında tamamilə yeni yaşayış məntəqələri qurulur.

“Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi regionun ilk innovativ məskunlaşma modellərindən birinə çevrilib. Layihə bərpaolunan enerji, “ağıllı idarəetmə sistemləri”, dayanıqlı kənd təsərrüfatı və rəqəmsal ictimai xidmətləri özündə birləşdirir. Bununla yanaşı, Şuşa və Füzuli şəhərlərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri Azərbaycanın müasir, ekoloji dayanıqlı və davamlı şəhər mühitinin qurulmasına sadiqliyini əks etdirir. Bu layihələr inteqrasiya olunmuş və gələcəyə hesablanmış şəhər inkişafının mühüm regional nümunələrinə çevrilməkdədir”, - deyə Orxan Məmmədov bildirib.

Избранный
26
1
azerbaijan-news.az

2Источники