RU

Medvedev: Ukrayna əhalisinin yarısından çoxunu itirib

“Ukrayna artıq əhalisinin yarısından çoxunu itirib”.
Yenicag.az “Unikal”-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev xatırladıb ki, 1991-ci ildə Ukrayna əhalisi 51,5 milyon nəfərdən çox idi.
“Ukrayna artıq əhalisinin yarısından çoxunu itirib… Bu gün ən optimist hesablamalara görə, Kiyevin nəzarətində olan ərazilərdə 23 milyondan az insan qalıb”, – deyə o, bildirib.
O əlavə edib ki, bəzi analitiklər daha da aşağı rəqəmi – 18 milyon nəfəri göstərirlər.
“Tarixən qısa bir müddət ərzində əhali yarıdan çox azalıb – bu, sadəcə bir böhran deyil, millətin bioloji ölümünün sübutudur”, – deyə o vurğulayıb.
Избранный
2
2
yenicag.az

3Источники