RU

​Bernardo Silva “Qalatasaray”dan vaxt istədi

İngiltərə nəhəngi “Mançester Siti”nin ulduzu Bernardo Silva İstanbulun “Qalatasaray” klubuna xəbər göndərib.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV-in yazdığına görə, prtuqaliyalı futbolçu sarı-qırmızılı klubdan vaxt istəyib. Silva bir neçə məşhur komandadan təklif aldığını xatırladaraq, yekun qərar vermək üçün ən azı iki həftəlik zamana ehtiyacı olduğunu deyib. Xarici media yazıb ki, “Barselona”, “Atletiko Madrid”, “Çelsi”, “Benfika”, “Milan” və “Yuventus” kimi Avropa nəhəngləri 31 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Bernardo Silva bu mövsüm “Mançester Siti”nin heyətində çıxdığı 52 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Избранный
38
10
metbuat.az

10Источники