Tam (11 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər mayın 21-dən iyun ayının 1-dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
AzEdu.az xəbər verir ki, qeydiyyat prosesində buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanı) 40 və daha yüksək bal (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) toplayan abituriyentlər iştirak edə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər Dini-Psixoloji Komissiyanın (DPK) müsahibəsində iştirak edəcəklər. DİM-in internet səhifəsində abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında əlavə məlumat veriləcək. “İmtahana buraxılış vərəqəsi”ndə müsahibənin tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.
Müsahibədən məqbul qiymət alan abituriyentlər, digər ixtisaslarla yanaşı, dini-mənəvi xidmət ixtisasını da seçə biləcəklər.