AZ

Dini-mənəvi xidmət ixtisasına qeydiyyat başlanır

Tam (11 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər mayın 21-dən iyunun 1-dək qeydiyyatdan keçə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Day.Az-a bildirilib ki, qeydiyyat prosesində buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanı) 40 və daha yüksək bal (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) toplayan abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyatdan keçən abituriyentlər Dini-Psixoloji Komissiyanın (DPK) müsahibəsində iştirak edəcəklər. DİM-in internet səhifəsində abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"ni çap edə biləcəkləri tarixlər haqqında əlavə məlumat veriləcək. "İmtahana buraxılış vərəqəsi"ndə müsahibənin tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Müsahibədən məqbul qiymət alan abituriyentlər digər ixtisaslarla yanaşı, dini-mənəvi xidmət ixtisasını da seçə biləcəklər.

Seçilən
0
7
day.az

8Mənbələr