Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında bildirilib.
Qeyd edilib ki, bu gün Fransa Prezidenti Emmanuel Makron Azərbaycan liderinə zəng edib.
Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Fransa prezidentləri regional və qlobal məsələləri də müzakirə edib.