RU

Maldivli nazir: Yaxın Şərq böhranı səbəbindən turist axını 26% azalıb

Yaxın Şərq böhranı səbəbindən turist axını 26% azalıb.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Maldiv adalarının infrastruktur, mənzil və şəhər inkişafı naziri Abdulla Muththalib deyib.

Nazir bildirib ki, Maldiv adalarında qonaq evləri turizminin inkişafı yaşayış məqsədli torpaqlarla rəqabət yaradır. Onun sözlərinə görə, ailələr turizmdən gəlir əldə etmək üçün torpaqlarını satır və ya kommersiya məqsədilə istifadə edərək digər adalara köçürlər.

Abdulla Muththalib qeyd edib ki, turizm bir çox ada üçün yeganə iqtisadi fəaliyyət növüdür və buna görə yaşayış torpaqlarının bu məqsədlə istifadəsini məhdudlaşdırmaq çətindir.

Nazir vurğulayıb ki, ölkə iqtisadiyyatının turizmdən yüksək asılılığı Maldiv adalarını xarici şoklara qarşı həssas edir: “COVID-19 pandemiyası və Yaxın Şərqdəki böhran səbəbindən turist axını illik müqayisədə 26% azalıb”.

Onun sözlərinə görə, əsas məqsəd təhlükəsiz, iqlimə davamlı və iqtisadi baxımdan dayanıqlı adalar yaratmaqdır.

Избранный
71
2
apa.az

3Источники