RU

ABŞ Yaxın Şərqə lazer silahı göndərir

“USS Spruance”“USS John Finn”esmineslərinin əsas vəzifəsi PUA-lara qarşı mübarizə aparmaq olacaq.

Gəmilərdəki ODIN adlı lazer qurğusu PUA-ların kamera və sensorlarını çaşdırır, nəticədə aparat istiqamətini itirir.


Hazırda ABŞ-nin Hərbi Dəniz Qüvvələri 9 gəmini bu sistemlərlə təchiz edib.


Şəkildə 2025-ci ilin yanvarında keçirilən sınaq zamanı “USS Preble” hərbi gəmisinin HELIOS lazer qurğusundan açdığı atəşin infraqırmızı diapazonda çəkilmiş fotosunu görürsünüz.


Dronlara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş hərbi gəmilərin Yaxın Şərqə göndərilməsi İrana qarşı hərbi əməliyyatların yeni mərhələsinə hazırlığın getdiyindən xəbər verir.

Bu arada, CNN-in yaydığı məlumata görə, ABŞ-nin kəşfiyyat orqanları İranın hücum dronlarının istehsalını altı ay ərzində tam bərpa edə biləcəyindən ehtiyatlanırlar.

Tariyel Həsənov
AzVision.az
Избранный
13
azvision.az

1Источники