RU

Claudia Baranzelli: Bu yaxınlarda OECD “Yerli Məlumat Portalı”na Azərbaycanın da əlavə olunması planlaşdırılır

Bakı, 21 may, AZƏRTAC

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində şəhərlərlə bağlı məlumat və göstəricilərin təqdim olunduğu yeni OECD “Yerli Məlumat Portalı”nı təqdim edir. Hazırda Portal təşkilata üzv və üzvlüyə namizəd ölkələri əhatə edir, lakin yaxın gələcəkdə platformaya təşkilata daxil olmayan ölkələrin də, o cümlədən Azərbaycanın da əlavə olunması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İqtisadi Təhlil, Məlumat və Statistika Bölməsinin Geoməkan Təhlili Laboratoriyasının koordinatoru Claudia Baranzelli bildirib.

“Biz Azərbaycanın da daxil olduğu daha geniş coğrafiya ilə əməkdaşlığı inkişaf etdirməyi və onları portalımıza inteqrasiya etməyi səbirsizliklə gözləyirik”, – deyə o əlavə edib.

Claudia Baranzelli qeyd edib ki, bu rəqəmsal platforma OECD ölkələri üzrə şəhərlərə dair məlumatların və indikatorların geniş auditoriyaya çatdırılması üçün hazırlanıb.

“Portal istifadəçilərə mənzil, iqtisadiyyat, həyat keyfiyyəti, enerji, nəqliyyat və müasir dövrdə xüsusi əhəmiyyət daşıyan bir çox digər siyasət istiqamətləri üzrə məlumatları vizuallaşdırmağa imkan verir”, – deyə Baranzelli vurğulayıb.

Claudia Baranzelli WUF13-ün nəticələrini də yüksək qiymətləndirib. O bildirib ki, tədbir tərəfdaşlarla birgə işləmək üçün mühüm platforma rolunu oynayır.

Müxbirlər - Pərvanə Qafarova
Operator - Vüsal Tağıyev
Избранный
52
azertag.az

1Источники