RU

Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bir çox insan aldıqları yağların keyfiyyəti ilə bağlı narahatlığını dilə gətirir. Xüsusilə də isti halda ərimiş görünən yağın qısa müddətdə qabda və ya ağızda donması, dad və qoxusunun əvvəlkindən fərqli olmasıyla bağlı fikirlər səsləndirilir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinovun sözlərinə görə, yağlarla bağlı şikayətlər son dövrlərdə daha çox artıb.

 

O, bunun səbəblərini açıqlayıb: “Bəzən yağın qabın kənarında, bəzən isə yemək yeyən zaman ağızda donduğunu deyirlər. Bu yağın tərkibində heyvan mənşəli komponentlərin çox olması ilə əlaqədar ola bilər. Bəzən insanlar qəssabxanalardan heyvanın iç yağını alırlar, onu əritdikdən sonra içərisinə duru yağ əlavə edirlər. Belə yağın ev şəraitində hazırlanması, yeməklərdə istifadə edilməsi qətiyyən yolverilməzdir. Çünki bu yağlar heyvan mənşəli yağlardır. Heç bir istehsal prosesindən keçmir. Əksər zaman duru yağdan əridilmiş piyin qoxusunu kənarlaşdırmaq, əlavə olaraq yağın duruluğunun artırılması üçün istifadə edirlər. Bu insanlarda infarkt riskini artıraraq ürək-damar xəstəliklərini yarada, tromblaşmağa qədər gətirib çıxara bilər”.

 

Mütəxəssis qeyd edib ki, hazırda çox istifadə edilən palma yağı əsrin bəlasına çevrilib: “Belə yağın hər növ qidada olması, mətbəxtdə həddindən artıq çox istifadə olunaraq həyatımızın ayrılmaz hissəsinə çevrilməsi sanki bəşəriyyətin bəlasıdır. Ürək tutmalarına, ölüm risk faktoruna gətirib çıxaran məhz bu yağdır. Demək olar ki, hər bir məhsulun tərkibinə vurulur. Bu da az xərclə istifadə olunduğu, ucuz başa gəldiyinə görədir. İstehsalatda da istifadə edilir. Bu yağ pendir, şor istehsalına qədər gəlib çıxıb. Bu gün istifadə olunan yağların tərkibində də bu yağ varsa, təbii ki, donma da, xəstəliklər də müşahidə olunacaq, ölüm faktları da artacaq. Tövsiyə edirəm ki, vətəndaşlar bildikləri, tanıdıqları yağlardan istifadə etsinlər. Çünki yağ gündəlik qidanın əsas hissəsini təşkil edir”.

 

Şəhanə Quliyeva

Tarix: 21 May 2026, 12:33   
Избранный
32
pravda.az

1Источники