RU

“Bakı Baş Planı müasir və polisentrik şəhər modelinə əsaslanır” - READ QASIMOV

“Baş plan müasir şəhərsalma standartlarına uyğun olmalıdır. Bildiyimiz kimi, Bakının 2023-cü ildə qəbul olunmuş Baş Planı müasir standartlara tam cavab verir”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov açıqlamasında deyib.

O bildirib ki, Baş planın qəbulundan sonra nəqliyyat sahəsini tənzimləyən bir sıra dövlət proqramları da həyata keçirilib.

Rəad Qasımov qeyd edib ki, şəhərsalmanın əsas prinsiplərindən biri polisentrik inkişaf modelidir: “İnkişaf yalnız mərkəzlə məhdudlaşmamalı, ətraf rayonlar da paralel şəkildə inkişaf etməlidir”.

Onun sözlərinə görə, bu yanaşma həm klassik, həm də ekoloji baxımdan davamlı “yaşıl” nəqliyyatın inkişafını tələb edir.

O əlavə edib ki, polisentrik model gündəlik miqrasiyanı azaldır və ictimai nəqliyyat sisteminin daha effektiv işləməsinə şərait yaradır.

Rəad Qasımov vurğulayıb ki, bu yanaşma Bakı şəhərinin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva
Избранный
51
sia.az

1Источники