RU

Patrisiya Skotland: Yaxın Şərqdəki münaqişə artıq qlobal təsir dalğasına çevrilib

Yaxın Şərqdəki münaqişənin nəticələri artıq regional faciə çərçivəsindən çıxıb, qlobal təsir dalğasına çevrilib.

"Far.Az" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Patrisiya Skotland Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, sözügedən problemin nəticələri Qəzza, Livan, Suriya, Yəmən və digər bölgələrdəki döyüş meydanlarından çox uzaqlara yayılıb.

"Bu təsirlər Afrikadakı sıx qeyri-rəsmi yaşayış məntəqələrində, Avropanın gərgin kirayə bazarlarında, Asiya-Sakit okean regionunun həssas şəhər icmalarında və inkişaf etməkdə olan dövlətlərin kövrək iqtisadiyyatlarında hiss olunur. Yəni hazırkı vəziyyət humanitar fövqəladə vəziyyət deyil, bu, struktur xarakterli qlobal mənzil böhranıdır. Əgər biz birgə və ağıllı şəkildə hərəkət etməsək, bu böhranı yaratmayan, ona səbəb olmayan insanlar ən ağır yükü daşımağa davam edəcəklər".

Ekspert təsirlərin yayılma miqyası və sürətini COVID19-la müqayisə edərək bildirib ki, hər ikisinin qloballıq payı eyni ölçüdədir:

"Ən vacib sual budur: biz nə etməliyik? Biz təsirləri və onların yaşayış xərclərinə, eləcə də tikinti qiymətlərinin artımına necə sürətlə təsir etdiyini anlamalıyıq".

Избранный
49
far.az

1Источники