RU

Hərbi gərginlik pik həddə! ABŞ İran yaxınlığında lazer silahlarını işə salır 

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki əməliyyat zonasına daxil olan Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki esminesin lazer sistemi ilə təchiz edildiyi bildirilib.

Sitat.info xəbər verir ki, “War Zone” nəşrinin məlumatına görə, iki ABŞ gəmisində ODIN   adlı lazer sistemi yerləşdirilib.

Məlumata əsasən, sistem pilotsuz uçuş aparatlarını kor etmək, sensorlarını çaşdırmaq və mümkün hücumların qarşısını almaq məqsədi daşıyır.

ABŞ donanmasının İranın cənub-şərqinə yaxın sularda bu tip sistemlər yerləşdirməsi regionda artan hərbi gərginlik fonunda diqqət çəkir.

Aytac,

Sitat.info 
 

Избранный
36
sitat.info

1Источники