RU

WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib

WUF13 çərçivəsində "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib...

Poliqon xəbər verir ki, lüğət “Şəhər planlaşdırması və lahiyələndirmə”, “Urbanizasiya və məskunlaşma nümunələri”, “Mənzil və torpaq fondu”, “İqlim və Ətraf Mühit”, “Yaşıl və mavi infrastruktur, “Mobillik və nəqliyyat”, “İnklüziv və davamlı Şəhərlər”, “Ağıllı Şəhərlər”, “İdarəetmə, siyasət və maliyyə” mövzularını və “BMT Çərçivələri”ni əhatə edir.

Kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə deyib ki, bu kitabın əsas auditoriyası vətəndaşlardır: “Yəni hər hansı mövzu ilə maraqlanan insanlar bu kitaba baxaraq deyə bilərlər ki, bunlar şəhər mühiti ilə bağlı tətbiq olunan terminlərdir. Biz anlayırıq ki, bu kitab insanlara qanunların daha yaxşı olması üçün təşəbbüs göstərməyə və şəhər mərkəzlərində daha fəal vətəndaş olmağa kömək edir. Beləliklə, onlar daha məlumatlı olacaqlar və şəhər mühitində nə görmək istədiklərini daha yaxşı anlayacaqlar. Şəhər idarəetmə qurumu bu materialın hazırlanması üçün bir araya gəlib. Biz həmçinin Özbəkistandakı Memarlıq, Tikinti və Mühəndislik Universitetində çalışan həmkarlarımızdan da dəstək istədik. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramındakı həmkarlarımızı və memarlıq sahəsi üzrə dövlət ictimai komitəsini bu mətnin hazırlanmasına və nəzərdən keçirilməsinə kömək etmək üçün cəlb etdik. Bu, şəhər terminologiyası mətninin gündəlik yaradılması prosesinin bir hissəsi idi”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov bildirib ki, terminologiyanın anlaşılmasını yaxşılaşdırmaq, əsas tədris anlayışlarının daha yaxşı başa düşülməsini təmin etmək baxımından bu kitab çox əhəmiyyətlidir.

“Həmçinin bu kitab tələbələr və akademik mühit üçün də çox faydalıdır”, - o vurğulayıb.

Poliqon.info

Избранный
26
4
poliqon.info

6Источники