RU

Şəhərsalmada ortaq dil – WUF13-də yeni lüğət təqdim olundu – FOTO

Bu gün Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Pavilionunda “Şəhərlər üçün izahlı lüğətin” təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, lüğətin tərtibçiləri Cəmilə İsmayılzadə, Şücaət Əhmədzadə, Nuriyyə Həsənova, Nərmin Tahirli və Murad Cəbrayılovdur.

Təqdimat mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şöbə müdiri Ramil Cahangirov bildirib ki, şəhərlər üçün nəzərdə tutulan izahlı lüğətin hazırlanması həqiqətən çox dəyərli təşəbbüsdür.

“Son təxminən beş il ərzində, hətta daha uzun müddətdir ki, biz beynəlxalq həmkarlarla fəal şəkildə çalışırıq. Təkcə biz yox, memarlar, xüsusilə gənc memarlar və şəhərsalma mütəxəssisləri, şirkətlər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir”.

Onun sözlərinə görə, məhz bu baxımdan ortaq bir dilin olması çox vacibdir:

"Bu lüğət memarlar, şəhərsalma mütəxəssisləri və ümumiyyətlə bu sahəyə maraq göstərən hər kəs üçün çox faydalı və praktik bir vasitə olacaq. Bundan əlavə, lüğət terminologiyanın vahid şəkildə istifadə olunmasına, əsas və aktual anlayışların daha yaxşı başa düşülməsinə kömək edəcək.

Əlbəttə, bu təşəbbüs tələbələr, gənc memarlar və akademik mühit üçün də çox faydalıdır”.






Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

Избранный
31
bizim.media

1Источники