RU

Yas mərasimində faciə: Zəhərlənənlərin son durumu necədir? - AÇIQLAMA

Samux rayonunda yas mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı zərərçəkənlərin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) News365.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə 20 may saat 17 radələrində qeydə alınıb. Zəhərlənmə şübhəsi ilə ümumilikdə 21 nəfər – 13 qadın və 8 kişi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Məlumata əsasən, xəstələrə dərhal zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir və onların vəziyyətinin stabil olduğu bildirilir.

Избранный
20
news365.az

1Источники