RU

Anaklaudia Rossbax: Mənzil probleminin həllinə nail olan ölkələr bunu daxili maliyyələşmə hesabına edirlər

Bakı, 21 may, AZƏRTAC

Mənzil problemini həllinə nail olan ölkələr bunu daxili maliyyələşmə hesabına edirlər. Daxili maliyyə sistemini yönləndirə və ya inkişaf etdirə bilməyən ölkələr isə mənzil məsələsi ilə məşğul olmurlar.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusundakı tədbirdə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.

“Həmin ölkələrdə insanlar dəstək ala bilmir və pərakəndə şəkildə dağılırlar. Beləliklə, burada cəmiyyət olaraq həll etməli olduğumuz struktur bir problem var. Əgər müəyyən məsələlərə diqqət ayırmasaq, onları heç vaxt inkişaf etdirə bilməyəcəyik. Odur ki, humanitar planlar hazırlayarkən, sosial kapitalı, icmaları gücləndirməyi düşünmək lazımdır”, - deyə icraçı direktor vurğulayıb.

Fotoqraf - Azər İbrahimov

Избранный
30
2
azertag.az

3Источники