RU

Axios: Tramp və Netanyahu gərgin və çətin bir görüş keçiriblər

ABŞ prezidenti Donald Trump ilə İsrailin baş naziri Benjamin Netanyahu arasında keçirilən son telefon danışığı gərgin və çətin atmosferdə keçib.

Turkustan.az xəbər verir ki, tərəflər arasında əsas fikir ayrılığı İranla bağlı yeni sülh təşəbbüsü ətrafında yaranıb.

Axios-un məlumatına görə, çərşənbə axşamı baş tutan danışıq zamanı Tramp və Netanyahu İranla mümkün razılaşmanı müzakirə ediblər. Mənbələrin bildirdiyinə görə, Netanyahu söhbətdən sonra olduqca narahat və təşviş içində görünürdü. Bir mənbə onun vəziyyətini “panika içində” kimi xarakterizə edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
72
turkustan.az

1Источники