RU

Anar Kərimov: Azərbaycan “yaşıl tikinti” standartları üzərində işləyir

Azərbaycan “yaşıl tikinti” standartları üzərində işləyir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov deyib.

O bildirib ki, Azərbaycan hazırda “yaşıl istiqrazlar”, “yaşıl taksonomiya” çərçivələri, bərpa olunan enerjinin inteqrasiyası, rəqəmsal kadastr sistemləri və “yaşıl tikinti” standartları istiqamətində geniş iş aparır.

Anar Kərimov qeyd edib ki, mənzil sektoru yalnız sosial təminat deyil, həm də məşğulluq, istehsal, infrastruktur və şəhər inkişafı üçün mühüm iqtisadi drayver rolunu oynayır.

Onun sözlərinə görə, Azərbaycanın mənzil maliyyələşməsi modeli sosial inklüzivliklə maliyyə dayanıqlığını birləşdirməyə çalışır və bu istiqamətdə rəqəmsallaşma mühüm rol oynayır.

Избранный
23
apa.az

1Источники