RU

Türkiyədə məşhurlara qarşı ƏMƏLİYYAT: 25 nəfər SAXLANILDI

Türkiyədə məşhur simalara qarşı keçirilən narkotik əməliyyatlarında yeni dalğa başlayıb.

Musavat.com "Haber Global" istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində aralarında Mabel Matiz və Serenay Sarıkayanın da olduğu 25 nəfər saxlanılıb.

Bakırköy Cümhuriyyət Baş Prokurorluğu tərəfindən məşhur şəxslərə qarşı başladılan qanunsuz maddə istintaqı çərçivəsində daxil olan şikayətlər, araşdırılan rəqəmsal materiallar və əldə edilən məlumatlar qiymətləndirilib. Cəmiyyətdə tanınan bir çox şəxsin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr müəyyən edildikdən sonra əməliyyat keçirilməsi barədə göstəriş verilib.

Bu qərar əsasında İstanbul İl Jandarma Komandanlığı qrupları tərəfindən 21 may 2026-cı il, cümə axşamı günü saat 07:00-dan etibarən genişmiqyaslı əməliyyat başladılıb. İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane, Üsküdar rayonlarında 24, Muğla şəhərində isə 1 ünvan olmaqla, ümumilikdə 25 məkanda axtarış və saxlama tədbirləri həyata keçirilib.

Əməliyyat zamanı saxlanılan və barəsində araşdırma aparılan şübhəli şəxslərin siyahısı aşağıdakı kimidir:

  1. Serenay Sarıkaya

  2. Berkay Şahin

  3. Tan Taşcı

  4. Yağmur Ünal

  5. Mirgün Sırrı Cabas

  6. Hakan Aydın (Blok 3)

  7. Mabel Matiz (Fatih Karaca)

  8. Feyza Civelek

  9. Niran Ünsal

  10. Volkan Bahçekapılı

  11. Onur Tuna

  12. Osman Haktan Canevi

  13. Aslıhan Turanlı

  14. Eren Kesimer

  15. Kübra İmren Siyahdemir

  16. Mehmet Rahşan

  17. Cansu Tekin

  18. Özgür Deniz Cellat

  19. Yasemin İkbal

  20. Tarık Tunca Bakır

  21. Hanzede Gürkanlar

  22. Aycan Yağcı

  23. Tuğçe Postoğlu

  24. Eda Dora

  25. Semiha Bezek

Faktla bağlı başladılan genişmiqyaslı istintaq və hüquqi prosedurlar davam etdirilir.

Musavat.com

Избранный
27
2
musavat.com

3Источники