RU

“Qaragöl” batalyonunun komandiri VƏFAT ETDİ

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. Toyuqlu pizza

Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı “Qaragöl” batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.

Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Избранный
39
14
yenisabah.az

10Источники