RU

Azərbaycanlı müğənninin səhnədə oğlu ilə səmimi anları VİDEO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müğənni Nəfəs səhnədə oğlu ilə yaşadığı duyğusal anlarla diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.

Kadrlarda mahnı ifa edən sənətçinin səhnədə sürprizlə qarşılaşdığı anlar yer alıb. Belə ki, Nəfəsin oğlu səhnəyə yaxınlaşaraq anasına gül təqdim edib.

Ana ilə oğulun səmimi və duyğusal anları tamaşaçıların alqışı ilə qarşılanıb. Müğənninin övladına sevgi dolu münasibəti və təbəssümü izləyicilərin diqqətindən yayınmayıb.

Paylaşılan görüntülər qısa zamanda sosial mediada yayılıb. Bir çox istifadəçi ana-bala arasındakı bağlılığın çox təsirli olduğunu qeyd edərək videoya xoş rəylər yazıblar.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
4
news.milli.az

5Источники