RU

Rusiyanın nüvə təlimləri Qərbə xəbərdarlıqdır

Rusiya Federasiyasının nüvə qüvvələrinin hərbi təlimləri Qərb dövlətləri üçün əsl xəbərdarlıqdır.

"Unikal" xəbər verir ki, bu  barədə Almaniyanın "Neue Zürcher Zeitung" nəşri yazır.

Jurnalistlər təlimlərin əvvəlkindən daha geniş miqyaslı olduğunu qeyd ediblər.

Nəşrin müəllifləri vurğulayıblar ki, "nüvə silahlarının qarşısının alınmasının nümayişi həm də Rusiyanı qiymətləndirməmək barədə xəbərdarlıq rolunu oynayır".

Daha əvvəl NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, alyans Rusiyanın keçirdiyi nüvə qüvvələri təlimlərini izləyir. 

Xatırladaq ki, mayın 19-dan 21-dək Rusiya qoşunları strateji raket qüvvələri və uzaqmənzilli aviasiyanı əhatə edən təhlükə qarşısında nüvə qüvvələrinin hazırlanması və istifadəsi üzrə təlimlər keçirib.

Gülayə Mecid 

 

Избранный
25
unikal.az

1Источники