RU

Bu yay nə etməlisiniz? — Doğum tarixinə görə "yay bələdçisi"

Sosial şəbəkələrdə yayılan yeni numeroloji “yay bələdçiləri”ndə iddia olunur ki, insanların doğum tarixi müəyyən “enerjilərlə” bağlıdır və buna görə də hər kəs üçün fərqli ideal yay ssenarisi mövcuddur – səyahətlərdən tutmuş partilərə və ya tənhalığa qədər.

Numeroloqların fikrincə, hər doğum günü müəyyən “meyillərlə” bağlıdır və buna görə də yay üçün fərdi plan təklif edir.

1, 10, 19 və ya 28-də doğulanlara qorxu hissi yaradan, məsələn ekstremal səyahətlər və ya komfort zonasından çıxmaq tövsiyə olunur.

2, 11, 20 və ya 29-da doğulanlara yaxın insanlarla gün doğumunu qarşılamaq və təbiətlə “harmoniya” hissini gücləndirmək məsləhət görülür.

3, 12, 21 və ya 30-da doğulanlara açıq havada konsert və festival ziyarət etmək tövsiyə edilir. 4, 13, 22 və ya 31-də doğulanlara isə dostlarla bağda və ya təbiətdə görüşlər təşkil etmək məsləhətdir.

5, 14 və ya 23-də doğulanlara plansız, spontan səyahətlər, 6, 15 və ya 24-də doğulanlara isə açıq havada romantik axşam yeməkləri təklif olunur.

Rəqəmlərə görə ayrıca “tək qalma” formatları da var: 7, 16 və ya 25-də doğulanlara təbiətdə telefonsuz və sosial kontaktsız bir gün keçirmək tövsiyə edilir.

8, 17 və ya 26-da doğulanlara heç vaxt olmadıqları bir şəhərə səyahət, 9, 18 və ya 27-də doğulanlara isə muzey və ya tarixi abidələri ziyarət etmək məsləhət görülür.//Demokrat.az

Избранный
6
3
musavat.com

10Источники