RU

Məşhur aktrisadan illər sonra gələn etiraf

Avstraliyalı pop müğənnisi Kayli Minouq 2021-ci ildə ikinci dəfə xərçəng diaqnozu aldığını etiraf edib.

Müğənni ilk dəfə 2005-ci ildə süd vəzi xərçəngindən müalicə olunaraq sağalıb. Lakin 2021-ci ildə onkoloji xəstəlik yenidən qayıdıb. Minouq həmin dövrdə bunu ictimaiyyətdən gizli saxlayıb.

Sənətçi bildirib ki, xəstəliklə mübarizə apardığı müddətdə bu barədə danışmaq üçün uyğun məqam tapa bilməyib. Müalicə aldığı dövrdə o, fəaliyyətini dayandırmayıb, konsertlərini davam etdirib və yeni albomunun təqdimatı ilə məşğul olub.

Kayli Minouq açıqlamasını insanların mütəmadi tibbi müayinələrdən keçməsinin vacibliyinə diqqət çəkmək üçün etdiyini vurğulayıb. O qeyd edib ki, xərçəngin yenidən qayıtdığını da məhz planlı yoxlamalar zamanı öyrənib:

"Xoşbəxtlikdən bunun öhdəsindən gəldim. Yenidən. İndi isə hər şey qaydasındadır".

Nəşrin məlumatına görə, Minouq ilk dəfə xərçənglə mübarizə apardığı dönəmdə medianın ciddi təzyiqi ilə üzləşmişdi. Paparatsilər onun evinin ətrafında növbə çəkir, bəzi jurnalistlər isə xəstəxana personalına müğənninin şəkillərini əldə etmək üçün pul təklif edirdilər.//Demokrat.az

Избранный
61
musavat.com

1Источники