RU

Kuman DÇ də Niderland millisindən nə gözlədiyini açıqladı

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman gələn ay başlayacaq dünya çempionatındakı hədəfləri barədə danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"İstəyirəm ki, insanlar mənim komandamın sonadək mübarizə aparmasından danışsınlar.  Yəni heç kim mundialdan sonra bütün gücümüzü meydanda qoymadığımlzı deməsin. Uşaqların öz güclü tərəflərini anlayaraq inamla oynamaları və bütün rəqiblərə hörmət etmələri vacibdir. Baxmayaraq ki, mundialda "kiçik" yığmalar da olur. Dünya çempionatında hər oyun önəmli hadisədir. Elə etməlisən ki, böyük futbol ölkələrinin təmsilçisi olmayan millilərlə görüşlərdə çətin vəziyyətə düşməyəsən".

F qrupunda yer alan Niderland seçməsi Yaponiya, Tunis və İsveç yığmaları ilə üz-üzə gələcək.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
fanat.az

2Источники